Qadın şahmatçılarımızdan tarixi nəticə

21 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatl yekunlaşıb.
Qadınlardan ibarət komandamız qitə yarışında tarixi uğura nail olub. Sonuncu 9-cu turda şahmatçılarımız Serbiya seçməsiylə qarşılaşıb. Komandamız 3:1 hesabilə qalib gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva qələbə qazanıb. Yalnlz Günay Məmmədzadə rəqibiylə bacarmayıb: Serbiya - Azərbaycan 1:3.  Millimiz 15 xalla ümumi cədvəldə 2-ci yeri tutaraq Avropa çempionatında ilk dəfə gümüş medalın sahibi olub. Xatırladaq, qadınlardan ibarət seçməmiz indiyədək 3 dəfə - 1992, 2019 və 2021-ci illərdə qitə yarışlarında bürünc mükafata yiyələnmişdi. Bolqarıstan kollektivi 16 xalla çempion olub. 12 xal toplayan Fransa şahmatçıları isə 3-cü nəticə göstəriblər. 

CANLI YAYIM