Dommaraccu seriyada hesabı bərabərləşdirdi

28 Noyabr, 13:30 Sosial mediada paylaşın:
Sinqapurda Dünya Şahmat Tacı uğrunda seriya davam edir.
Hazırkı çempion Dinq Lirenlə hindistanlı qrossmeyster Qukeş Domaraccu arasında keçirilən üçüncü oyunda şahmat həvəskarları maraqlı mübarizənin şahidi olub. Ağ fiqurlarla oynayan 18 yaşlı hindistanlı şahmatçı startda təcrübəli rəqibinə vəzir qambiti təklif edib.  13-cü gedişə qədər Dommaraccunun hazırladığı planı dəf edən çinli qrossmeyster 18-ci gedişdə səhvə yol verib. Nəticədə dünya çempionu fili iki piyadaya qurban vermək məcburiyyətində qalıb.  Görüşün sonlarına yaxın Liren lövhədəki vəziyyəti müəyyən qədər bərabərləşdirsə də, seytnot təhlükəsi ilə üzləşib. Belədə tələsik qərarlar qəbul edən Dinq növbəti dəfə səhv gediş edib. Bu da Dommaraccunun işinə yarayıb. Nəticədə hindistanlı şahmatçı 37-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bununla da Qukeş karyerasında ilk dəfə Dinq Lireni klassik şahmatda məğlub edərək seriyada hesabı bərabərləşdirib – 1,5:1,:5.  Şahmatçılar arasında 4-cü oyun sabah keçiriləcək.

CANLI YAYIM