Dinq Liren seriyanın ilk matçında qalib gəldi

26 Noyabr, 12:30 Sosial mediada paylaşın:
Sinqapurda Dünya Şahmat Tacı uğrunda seriyaya start verilib.
Hazırkı çempion Dinq Lirenlə Qukeş Dommaraccu arasında ilk görüş maraqlı mübarizə şəraitində keçib. Ağ fiqurlarla oynayan 18 yaşlı hindistanlı qrossmeyster debütdə üstünlüyü ələ alsa da, sonradan ciddi səhvlərlə yadda qalıb.  Belədə çinli şahmatçı bundan yararlanmağı bacarıb. 42-ci gedişdə isə Dommaraccu təslim olmaq məcburiyyətində qalıb.  Beləliklə də, 2010-cu ildən sonra ilk dəfə Dünya Şahmat Tacı uğrunda seriya matçının ilk partiyasında tərəflərdən biri qalib gəlib.  Sonuncu dəfə 14 il əvvəl Sofiyada bolqarıstanlı Veselin Topalov birinci partiyada Domaraccunun həmyerlisi Vişvanatan Anandı məğlub etmişdi. Amma sonradan Anand əzmkarlıq nümayiş etdirərək vəziyyəti xeyrinə dəyişməyi bacarmışdı. Nəticədə hindistanlı qrossmeyster ilə qalib gələrək dünya çempionu olmuşdu. Həmin seriyadan sonra 8 dəfə Dünya Şahmat Tacı uğrunda görüşlər təşkil olunub və hər dəfə ilk matç heç-heçə başa çatıb.

CANLI YAYIM