Şahmat üzrə Avropa çempionatının 8-ci turunda millilərimiz qalib gəldi

20 Noyabr, 14:05 Sosial mediada paylaşın:
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında 8-ci tur arxada qalıb. Kişilərdən ibarət  kollektivimiz Belçika yığmasına qalib gəlib 3:1.Rauf Məmmədov və Vasif Durarbəyli rəqibini məğlub edib. Şəhriyar Məmmədyarov və Nicat Abasov isə rəqibi ilə sülh bağlayıb. Son tur öncəsi Almaniya və Serbiya seçməsi 13 xalla liderdir. Komandamızın aktivində 8 xal var.
Qadınlardan ibarət kollektivimiz də 8-ci turda qələbə qazanıb. Komandamız Yunanıstan yığmasından üstün olub. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi ilə heç-heçə edib. Günay Məmmədzadənin qalib gəlməsi isə həlledici olub. 8 turdan sonra Bolqarıstan seçməsi 14 xalla yarışa başçılıq edir. Komandamız liderdən 1 xal geri qalır

CANLI YAYIM