Avropa çempionatında kişi şahmatçılarımız uduzdu, qadınlar heç-heçə etdi

15 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Monteneqronun Budva şəhərində komandalararası Avropa çempionatının 4-cü turu şahmatçılarımız üçün uğursuz olub.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadınlarımız Fransa ilə qarşılaşıb. Kişilərdən ibarət yığmamızda Teymur Rəcəbov və Nicat Abasovun görüşlərini məğlubiyyətlə başa vurması ümumi nəticəyə təsir edib. Bu amil komandanın turu xalsız başa vurması ilə nəticlənib. Yığmamız 4-cü turda ikinci dəfə uduzub. Hazırda komandamız 4 xalla 15-ci yerdə gedir. Qadın şahmatçıların mübarizəsində liderlər üz-üzə gəliblər. İlk üç turda maksimum nəticə göstərən Azərbaycan və Fransa milliləri qalibi müəyyənləşdirə bilməyiblər. Tərəflər bir qələbə, iki heç-heçəyə razı olublar. Hazırda millimiz 7 xalla Almaniya və Fransa ilə liderliyi bölüşür.

CANLI YAYIM