Braziliya millisinin saibq hücumameyilli yarımmüdafiəçisi Oskarın yeni klubu müəyyənləşib.
33 yaşlı futbolçu 12 ildən sonra yenidən vətənində çıxış edəcək. “Çelsi”nin keçmiş futbolçusu karyerasına başladığı “San Paulu” klubuna qayıdıb. Son olaraq “Şanxay Port” klubunda çıxış edən Oskar bu il Çin təmsilçisinin heyətində keçirdiyi bütün turnirlərdə keçirdiyi 40 görüşdə 16 qol və 31 məhsuldar ötürmə ilə diqqət çəkib. Xatırladaq ki, braziliyalı futbolçu 2017-ci ildə “Çelsi”ni 60 milyon avro müqabilində məhz “Şanxay Port” klubuna dəyişmişdi.