İngiltərə liqa kubokunun ¼ finalında “Tottenhem” “Mançester Yunayted”i qəbul edib.
Artıq 15-ci dəqiqədə Dominik Solanke hesabı açıb. 2-ci hissə isə daha məhsuldar olub Əvvəlcə Deyan Kuluşevski 2-ci topu mankunyanların qapısından keçirib. 54-cü dəqiqədə Dominik Solanke özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub. Az sonra Coşua Zirkzi qollardan birinin əvəzini çıxıb. 70-ci dəqiqədə Amad Dialo fərqi 1-ə endirib. Oyunun sonlarında hücumlarını gücləndirən meydan sahibləri Son Hın Minin qolu ilə yenidən üstünlüyü artırıblar. Yekun nəticəni isə Mançester klubunun heyətindən Coni Evans müəyyənləşdirib: “Tottenhem” – “Mançester Yunayted” 4:3. Şimali londonlular bu qələbə ilə yarımfinala yüksəliblər. Onların bu mərhələdə rəqibi “Liverpul” olacaq. Digər yarımfinal oyununda isə “Arsenal” və “Nyukasl” üz-üzə gələcək.