Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulub.
“Quba” rayonun Olimpiya İdman Kompleksində B qrupunun lideri “Gəncə”ni qəbul edib. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə keçib və Quba basketbolçuları periodu 22:19 hesabı ilə irəlidə tamamlayıblar. İkinci hissədə qonaqlar daha fəal oyun nümayiş etdiriblər. “Gəncə” komandası böyük fasiləyə 1 xal fərqi ilə üstün yollanıb: 44-43. Qarşılaşmanın sonrakı periodlarında Qərb təmsilçisi daha rahat mübarizə aparıb. Dəqiq atışlar sayəsində ardıcıl xallar qazanan “Gəncə” yekunda 95:78 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu Lavon Holland olub. “Gəncə”nin amerikalı legioneri 22 xal toplayıb. 7 turdan sonra “Gəncə” 13 xalla liderdir. Ondan bir xal az toplayan “Şəki” ikinci pillədədir. İlk 3-lüyü 11 xalla “Ordu” tapmamlayır. Hərəyə 9 xal toplyan “Quba”, “Lənkəran” və “Sumqayıt” isə 4-cü -6-cı pillələri bölüşür.