Serbiyada şahmat üzrə klublararasın Avropa Kubokunda növbəti görüşlər keçirilir. Yarışdakı təmsilçimiz "Vüqar Həşimov" klubu 3-cü turda Rumıniyanın "Superçess" kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 5:1 hesablı qələbəsilə başa çatıb. Bu, komandamzın turnirdə ilk məğlubiyyətidir. Şahmatçılarımız əvvəlki iki turda Norveçin SOSS, daha sonra və İsveç “Lunds” klubuna qalib gəliblər. Qeyd edək ki, 84 klubun yarışdığı Avropa Kuboku turniri 7 turdan ibarətdir.