Macarıstanda 45-ci Dünya Şahmat Olimpiadasında 6-c turun oyunları keçirilib. Yarışda uğurla çıxış edən qadınlardan ibarət millimiz növbəti qələbəsini qazanıb. Komandamız Vyetnam kollektivindən üstün olub. Günay Məmmmədzadə öz partiyasında uduzsa da, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva qalib gələrək ümumi hesabı dəyişib. Xanım Balacayeva isə rəqibi ilə heç-heçə edib. Xatırladaq ki, millimiz əvvəlki turlarda Sloveniya, Nikaraqua və Avstraliya yığmasına qalib gəlib. Argentina və Ukrayna seçməsi ilə heç-heçə edib. 6 turdan sonra komandamız 10 xalla 10-cu yerdədir.
Kişilərdən ibarət millimiz isə 2-ci dəfə məğlub olub. Komandamız Litva kollektivi ilə ıbacarmayıb. Şəhriyar Məmmədyarovun qələbə qazanması və Aydın Süleymanlının heç-heçə etməsi ümumi nəticə üçün yetərli olmayıb. Nicat Abasov və Məhəmməd muradlı öz partiyasında uduzduğundan, komandamız ümumi hesabda məğlub olub. Xatırladaq ki, əvvəlki turlarda millimiz Monteneqro, İordaniya , Finlandiya və Moldova yığmasına qalib gəlib, Hindistan kollektivinə isə uduzmuşdu. 6 tura 8 xal əldə edən millimiz 22-ci sırada qərarlaşıb.