Şahmat Olimpiadasında millilərimiz Qazaxıstan yığmaları ilə qarşılaşıb

19 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Macarıstanda 45-ci Dünya Şahmat Olimpiadasında 7-ci turun oyunları keçirilib. Yarışda uğurla çıxış edən qadınlardan ibarət millimiz məğlubiyyəti ilə üzləşib. Komandamız Qazaxıstan kollektivi ilə bacarmayıb. Günay Məmmmədzadə və Gövhər Beydullayeva öz partiyasında heç-heçə etsə də, Ülviyə Fətəliyeva və Gülnar Məmmədova uduzub. Yekunda Qazaxıstan seçməsi 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, millimiz əvvəlki turlarda Sloveniya, Nikaraqua, Avstraliya və Vyetnam yığmasına qalib gəlib. Argentina və Ukrayna seçməsi ilə heç-heçə edib. 7 turdan sonra komandamız 10 xalla 19-cu yerdədir.
Kişilərdən ibarət millimiz də qazaxıstan seçməsi ilə üz-üzə gəlib. Bu dəfə də 3:1 hesabı qeydə alınsa da, sevinən tərəf şahmatçılarıçız olublar. Nicat Abasov və Rauf Məmmədov rəqibi ilə heç-heçə edib. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə qalib gələrək ümumi hesabda komandamız qələbə qazandırıblar. Bu millimizin yarışda 5-ci qalibiyyətidir. Xatırladaq ki, əvvəlki turlarda yığmamız  Monteneqro, İordaniya , Finlandiya  və Moldova seçmələrinə qalib gəlib, Hindistan kollektivinə isə uduzmuşdu. 7 tura 10 xal əldə edən millimiz 14-cü sırada qərarlaşıb.

CANLI YAYIM