“Vüqar Həşimov Memorialı”nın iştirakçıları mərhum şahmatçının məzarını ziyarət ediblər

25 Sentyabr, 16:00 Sosial mediada paylaşın:
"Vüqar Həşimov Memorial-2024” superturnirinin iştirakçıları II Fəxri xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər. Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ziyarətdə V.Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər. 10-cu dəfə təşkil olunacaq Memorial bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 14-30-da Şuşa Otel-Konqres Mərkəzində olacaq.

CANLI YAYIM