Millimiz ardıcıl 4-cü oyununda da uduzdu

15 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə seçmə komandamızın UEFA Millətlər Liqasında uğursuz çıxışı davam edir. Yığmamız bu dəfə Bakıda Slovakiya kollektivinə boyun əyib. Bununla da millimiz  Fernandu Santuşun baş məşqçiliyi ilə meydana çıxdığı 4-cü matçında da məğlub olub.
15-ci dəqiqədə millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olmaqla diqqət çəkib. Amma meydan sahibləri fasiləyə kimi tarazlığı bərpa ediblər. Toral Bayramov topu qapıdan keçirib - 1:1. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra millimiz meydanda azlıqda qalıb. 70-ci dəqiqədə Mahir Emreli 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü qazanan slovaklar 5 dəqiqə sonra hesabda önə keçiblər. Lukaş Haraslin fərqlənib. qalan vaxtda qonaqlar daha 1 qol vurublar. David Dyuriş yekun nəticəni müəyyənləşdirib. Beləliklə, Slovakiya yığması 3:1 hesablı qələbə qazanıb. Bununla da, milllimiz Fernandu Santuşun baş məşqçiliyi çıxdığı 4-cü görüşdə də uduzub. Hazırda qrupa 10 xalla İsveç və Slovakiya yığmaları başçılıq edir. Estoniya yığması 3 xalla 3-cüdür. 4 turun hamısanda uduzan millimiz isə autsayderdir.

CANLI YAYIM