İtaliya xal itirdi, Fransa böyük hesabla qalib gəldi

11 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının   3-cü turunda  İtaliya millisi “Roma Olimpiya Stadionu”nda Belçika yığmasını qəbul edib. Meydan sahibləri elə birinci dəqiqədə rəqib qapısına yol tapıblar. Andrea Kambiasso fərqlənib. Hissənin ortalarında fərq artıb. Mateo Reteqi komandasınım üstünlüyünü möhkəmlədib. Matçın 38-cu dəiqəsində İtaliya millisinin heyətində Lorenzo Pelleqrini qırımızı vərəqə ilə cəzalandırılıb. Belçika futbolçularlı say üstünlyünüdən yararlanmağı bacarıb. 4 dəqiqə sonra Maksim de Kyoyper qonaqları ümidləndiirib.  Görüşün 61-ci dəqiqəsində belçikalılar növbəti dəfə rəqib qapısına yol tapıblar. Leandro Trossard bərabərliyi təmin edib. Qarşılaşmanın qalan vaxtında isə hesab dəyişməyib: İtaliya – Belçika 2:2.
Qrupun digər oyunu İsrail və Fransa yığmaları arasında olub.  Neytral meydanda Budapeştin “Bojik” Arenasında Fransa komanadasınıq qəbul edən İsrail futbolçuları 7-ci dəqiqədə Eduardo Kamavinqanın vurduğu qolla hesabda geri düşüblər. Omri Qandelman 24-cü dəqiqədə tarazlığı bərpa edib. Lakin İsrail seçməsinin sevinci cəmi 4 dəqiqə çəkib. Kristofer Enkunku  yenidən qonaqları önə keçirib.  Fransa millisi fasilədən sonra daha iki qol vurub. Əvvəlcə Matteo Quendouzi , daha sonra isə Bradle Barkola fərqlənərək yekun nəticəni müəyyənləşdirib: İsrail – Fransa 1:4.  3 turdan sonra İtaliya 7 xalla qrup lideridir.  Ondan bir az toplayan Fransa 2-ci, hesabında 4 xalı olan Belçika isə 3-cü yerdərir. Hələki xal qazana bilməyən İsrail komandası isə sonuncu pillədədir.  

CANLI YAYIM