"Liverpul" və "Mançester Siti" qələbə qazandı

21 Oktyabr, 14:00 Sosial mediada paylaşın:
İngiltərə çempionatının 8-ci turunda “Liverpul” “Enfild”də “Çelsi” ilə qarşılaşıb. 29-cu dəqiqədə Məhəmməd Salah penaltidən fərqlənməklə hesabı açıb. 2-ci yarının əvvəlində hücumlarının kəsərinu artıran londonlular istəklərinə çatıblar. Nikolas Cekson diqqət mərkəzinə düşüb. 51-ci dəqiqədə Körtis Cons yenidən meydan sahiblərini önə keçirib. Qalan vaxtda hesab dəyişməyib və görüş “Liverpul”un 2:1 hesablı qələbəsilə bitib. Mersisaydlılar 21 xalla yarış cədvəlinə başçılıq edirlər. Hesabında 14 xal olan “Çelsi” 6-cı pillədə qərarlaşıb. 
“Mançester Siti” səfərdə “Vulverhempton”la üz-üzə gəlib. Hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Yorgen Larsen fərqlənib. Şəhərlilərin cavab qolu 33cü dəqiqəyə təsadüf edib.  Yoşqo Qvardiol diqqət mərkəzinə düşüb. Yekun nəticəni isə 2-ci hissəyə artırılan 5-ci dəqiqədə Con Stons müəyyənləşdirib. 2:1 hesablı qəıəbə qazanan “Mançester Siti” xallarının sayını 20-yə çatdərmaqla 2-ci pilləyə yüksəlib. “Vulverhempton” isə 1 xalla autsayderdir. 
 

CANLI YAYIM