Milli komandamızdan İsveçdə möcüzə gözləmirdik. Heç buna ümidimiz də yox idi. Sadəcə əzmkar oyun və əsl mübarizə görmək istəyirdik.
Komandamıza ilk zərbə 10-cu dəqiqədə gəldi. Deyan Kulusevski hesabı açdı. 26-cı dəqiqədə Viktor Qyökereş 2-ci topu millinin qapısından keçirdi. Fasilə ərəfəsində İsveç hücumçu öznün 2-ci, komandasının 3-cü qolunu vurub. 2-ci hissənin əvvəlində meydan sahibləri penalti vurmaq imkanı qazanıblar. Lakin Aleksandr İsak fürsəti qaçırıb. 57-ci dəqiqədə Kulusevski, 1 dəqiqə sonra isə Qyökereş fərqlənib. Oyunda son nöqtəni də “Sportinq”in hücumçusu qoyub. Bununla Qyökereş poker edib: İsveç – Azərbaycan 6:0. Bu məğlubiyyətlə millimizin D liqasına yuvarlanmağı rəsmiləşib. Komanda C liqasını 1 xalla tamamlayıb. İsveç millisi isə mübarizəni B liqasında davam etdirəcək.