Misli Premyer Liqasının 10-cu turunda “Zirə” “Sabah”ı qəbul edib. 7-ci dəqiqədə Masazır klubu hesabı açıb. Cesi Seikidika diqqət mərkəzinə düşüb. 2-ci hissə əsasən bərabər mübarizə şəraitində keçib. Oyunun sonlarında - əlavə olunan 1-ci dəqiqədə “qartallar” tarazlığı bərpa ediblər. Giorgi Papunaşvili oyunda son nöqtəni qoyub: “Zirə” – “Sabah” 1:1 Hər iki komanda 16 xalla 4-5-ci pillələri bölüşür.
Turun digər matçı isə daha məhsuldar alınıb. Baş məşqçi Vaqif Cavadov “Sumqayıt”da debüt matçını azarkeşləri önündə “Turan Tovuz”a qarşı keçirib. 17-ci dəqiqədə Aleks Serrano tovuzluları önə keçirib. 26-cı dəqiqədə Otto Con fərqi artırıb. Az sonra Veysəl Rzayev 3-cü topu “Sumqayıt”ın qapısından keçirib. 33-cü dəqiqədə Nikola Vuynoviç qollardan birinin əvəzini çıxıb. 2-ci hissə də qarşılıqlı qollarla yadda qalıb. 78-ci dəqiqədə Aleks Souza “Turan Tovuz”un üstünlüyünü artırıb. Yekun nəticəni isə “Sumqayıt”ın hücumçusu Kamran Quliyev müəyyənləşdirib: “Sumqayıt” – “Turan Tovuz” 2:4. Yalnız “Qarabağ”dan geri qalan Tovuz klubunun aktivində 21 xal var. “Sumqayıt” isə 7 xalla 8-cidir.