Bu gün millimiz səfərdə Estoniya yığması ilə qarşılaşacaq

11 Oktyabr, 10:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının C divizionunda mübarizə aparan yığma komandamız bu gün növbəti görüşünə çıxacaq.
1- ci qrupda çıxış edən millimiz səfərdə Estoniya seçməsi ilə qarşılaşacaq. Hər iki komanda 1-ci və 2-ci turda məğlubiyyətlə üzləşib. Millimizlə eyni qrupda çıxış edən İsveç və Slovakiya seçmələri isə maksimum nəticə ilə irəliləyirlər. Oyundan əvvəl keçirilən mətbuat konfransında baş məşqçilər media nümayəndələrinin suallarını cavablandırıblar. Ötən gün 70 illik yubileyini qeyd edən Fernandu Santuş qazanılacaq 3 xalın onun üçün doğum günü hədiyyəsi olacağını bildirib. Təcrübəli mütəxəssis rəqib komandanın da potensialını dəyərləndirib: Estoniya millisinin Azərbaycanla hər iki oyununu izləmişəm. Bu il Slovakiya ilə yaxşı oynayıblar. Biz hücumda oynamağa üstünlük veririk. Sabah da ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. Matçda penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm. Amma bunu açıqlamaq istəmirəm. Emin Mahmudovun əhvalı yaxşıdır. O bizim üçün vacib oyunçudur. Futbolçular mənim onlardan nə istədiyimi bilir. Estoniyanın zəif olduğunu deməzdim. Lakin biz də qələbə qazanmaq üçün münarizə aparaxağıq”.
Estoniya - Azərbaycan matçı bu gün Bakıvaxtilə saat 20:00-da başlanacaq. Oyunu irland hakim Robert Harvi idarə edəcək.
 

CANLI YAYIM