"Bayern" Frankfurtda xal itirdi

7 Oktyabr, 13:30 Sosial mediada paylaşın:
Almaniya Bundesliqasının 6-cı turunda yarış cədvəlinin lideri “Bayern” Münhen səfərdə “Ayntraxt” Frankfurt futbolçuları ilə üz-üzə gəlib. İlk hissə məhsuldar alınıb. Belə ki, hər iki komanda rəqib qapısından 2 top keçirib. Hesab 15-ci dəqiqədə açılıb. Kim-Min Cae meydan sahiblərini mərkəzə dəvət edib. Lakin “Ayntraxt” kollektivi ardıcıl qollarla hesabda önə keçməyə nail olub. Əvvəlcə Omar Marmuş, ardınca isə Uqo Ekitike rəqibi cəzalandırıb. Fasilə ərəfəsində bərabərlik təmin olunub. Dayot Upamekano Münhen təmsilçisini ümidləndirib. 53-cü dəqiqədə Maykl Olis yenidən fərq yaradıb. Asan təslim olmayan Frankfurt təmsilçisi əsas vaxta artırılan 4-cü dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb. Bu dəfə də Omar Marmuş dubl edərək diqqət çəkib. “Ayntraxt” Frankfurt – “Bayern” Münhen 3:3.
“Ştuttqart” 6-cı turda “Hoffenhaym” ilə görüşüb. Bu qarşılaşma heç-heçə bitib. 45-ci dəqiqədə qonaqlardan Valenten Jandre, görüşün sonlarında isə meydan sahiblərindən Ermedin Demiroviç fərqlənib. 1:1.
“Leyptsiq” səfərdən 3 xalla qayıdıb. “Haydenhaym” şəhərində yerli komandanın qonağı olan “Leyptsiq” futbolçuları minimal hesabla qalib gəliblər. Görüşdə vurulan yeganə qolun müəllifi Lois Openda olub. Belçikalı futbolçu saatın tamamında azarkeşləri sevindirib.

CANLI YAYIM