"Feyenoord" "Jirona"ya, "Atalanta" "Şaxtyor"a səfərdə qalib gəldi

3 Oktyabr, 12:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının ikinci turunda "Jirona" öz meydanında "Feyenoord" futbolçuları ilə üz-üzə gəlib. Görüşdə hesab 19-cu dəqiqədə açılıb. David Lopez meydan sahiblərini sevindirib. Çox keçmədən bərabərlik təmin olunub. Yanxel Errera avtoqol müəllifi olub. Az sonra "Feyenoord" futbolçuları fərq yaradıblar. Antoni Milambo rəqibi mərkəzə dəvət edib. Fasilədən sonra Donni van de Bek bərabərliyi təmin edib -  2:2. Lakin hücumlarını sürətləndirən Niderland klubu qələbə qolunu vurmağa nail olub. Ladislav Kreyçi də avtoqol vuraraq görüşün ikinci antiqəhrəmanı olub. "Jirona" - "Feyenord" 2:3.
Neytral meydanda keçirilən "Şaxtyor" Donetsk - "Atalanta" qarşılaşması da məhsuldar alınıb. Ötən mövsüm UEFA Avropa Liqasında fəxri mükafata sahib çıxan "Atalanta" qapısını toxunulmaz saxlayaraq qələbəni təmin edib. İlk hissədə Berat Cimsiti və Ademola Lukman rəqib qapısına yol tapıblar. Fasilədən sonra isə Raul Bellanova Davide Zapakostanın ötürməsini qolla tamamlayıb: "Şaxtyor" Donetsk - "Atalanta" 0:3. Beləliklə İtaliya klubu ikinci qarşılaşmasında qələbə qazanaraq aktivindəki xal sayını 4-ə yüksəldib.

CANLI YAYIM