"Bayern" finalda uduzduğu rəqibə qarşı...

2 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar Liqasında 2-ci tura yekun vurulacaq. Günün maraqla gözlənilən qarşılaşmalarından biri İngiltərədə olacaq. İlk turun ən böyükhesablı qələbəsini əldə edən “Bayern Münxen” Birmingemdə “Aston Villa” ilə üz-üzə gələcək. Xatırladaq ki, Almaniya klubu 1-ci turda “Dinamo” Zaqrebə 9:2, İngiltərə təmsilçisi isə İsveçrədə “Yanq Boyz”a 3:0 hesabı ilə qalib gəlmişdi. Əlavə edək ki, bu komandalar Çempionlar Liqasında indiyə kimi cəmi 1 dəfə üz-üzə gəliblər. 1982-ci ildə Rotterdamda keçirilən final oyununda “Aston Villa” məhz “Bayern” Münxenə qalib gələrək tarixində ilk  və hələ ki, yeganə olan Çempionlar Liqasını qazanıb.
 
Turnirin hazırki qalibi “Real Madrid” Fransaya səfər edib. “Kral klubu” səfərdə “Lill”in qonağı olacaq. Madridin digər təmsilçisi Atletiko isə Portuqaliyada “Benfika” ilə üz-üzə gələcək. Yarışın iddialılarından “Liverpul” İtaliyaya yollanıb. Mersisaydlılar burda “Bolonya” ilə qarşılaşacaqlar. Ötən mövsüm “Bolonya”nın uğurlu çıxışında əsas rol oynayan baş məşqçi Tyaqo Motta isə indi “Yuventus”la daha böyük zəfər arzusundadır. Çempionlar Liqasında baş məşqçi kimi debütünü qələbə ilə qeyd edən Tyaqo Motta 2-ci turda “Yuventus”u Almaniyada “Leyptsiq”lə görüşə hazırlayıb.  Saat 23-də başlanacaq digər oyunlara gəldikdə “Dinamo” Zaqreb “Monako”nu, “Ştrum “Qrats  “Brügge”ni qəbul edəcək.

CANLI YAYIM