Bu gün "Bayer" "Milan"la qarşılaşacaq

1 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 2-ci turunda “Bayer Levekuzen” “Milan”ı qəbul edəcək.  İtaliya klubunun heyətindən Malik Tiav və Alessandro Florenzi bu matçda komandaların kömək edə bilməyəcəklər. Almaniya çempionu isə optimal heyətlə mübarizə aparacaq. “Bayer “ilk oyununda “Feyenoord”u 4:0 hesabilə məğlub etmişdi. “Milan” isə “Liverpul”a 1:3 hesabilə uduzmuşdu. Xabi Alonso mətbuat konfransında oyuna hazırlıq prosesi və rəqibin heyəti barədə fikirlərini bildirib:
“Fərdi keyfiyyətləri ilə fərqlənən oyunçuların çıxış etdiyi komandaya qarşı oynayacağıq. “Milan”ın heyətindən Kristian Pulişiç və Alvaro Moratanı xüsusi qeyd etmək lazımdır. Belə futbolçularla mübarizə aparmaq bizim üçün heç də asan olmayacaq. Etiraf etməliyəm ki, oyuna hazırlıq üçün çox vaxtımız olmadı. “Bayern Müxnen”lə qarşılaşmanın oyunçuları yorduğunu düşünürəm. Meydanda ən yaxşı Bayeri göstərməliyik. Rəqibin dominantlıq etməyinə imkan verməməliyik. Bunun nəticəsi çox ağır ola bilər”.
“Milan”ın çalışdırıcısı Paulo Fonseka komandasının müdafiə planında etibarlı oynamalı olduğunu söyləyib: “Livepul”a qarşı keçirdiyimiz matça bənzər mübarizə izləyəcəyik. Oyunu müdafiədə qurmalı olduğumuzu düşünürəm. Ancaq fürsət düşdüyü zaman da bundan maksimum yararlanmalıyıq. A Seriyasında nəticələrimiz yaxşıdır. Çempionlar Liqası isə tam fərqli yarışdır. Burada istənilən nəticəyə hazır olmalısan. İnanıram ki, bu çətin görüşdə sərfəli nəticə qazana biləcəyik”.
Qeyd edək ki, “Bayer  Leverkuzen” – “Milan” matçı bu gün saat 23:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şerer idarə edəcək.

CANLI YAYIM