Türkiyə Çempionatının 7-ci turunda “Beşiktaş” “Kayserispor”un qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. 2-ci hissədə hücumlarını gücləndirən qonaqlar Gedson Fernandeşin qolu ilə önə keçiblər. 78-ci dəqiqədə Çiro İmmobile rəqib qapısına təyin olunann penaltini dəqiq yerinıə yetirib. Oyunda son nöqtəni də əlavə olunan 1-ci dəqiqədə italyan hücumçu qoyub: “Kayserispor” – “Beşiktaş” 0-3. İstanbul klubu 16 xalla 3-cü pillədə qərarlaşıb. Kayseri klubu 3 xalla autsayderlər cərgəsindıədir. Türkiyə Super Liqasında 19 xalla “Qalatasaray” başçılq edir.