İngiltərə Premyer Liqasında 6-cı turun son oynunda “Bornmut” “Sauthempton”u qəbul edib.
17-ci dəqiqədə Evanilson meydan sahiblərini önə keçirib. Bir qədər sonra Danqo Uattara fərqi artırıb. Fasilə ərəfəsində Antuan Semenyo 3-cü topu “Sauthempton”un qapısından keçirib. 2-ci hissə əsasən qonaqların üstünlüyü ilə davam edib. 51-ci dəqiqədə Teylor Harvud Belis yekun nəticəni müəyyənlışdirib. “Bornmut” - “Sauthempton” 3-1. Xallarının sayını 8-ə yüksəldən “Bornmut” 11-ci pilləyə yüksəlib. “Sauthempton”un hesabında isə 1 xal var. İngiltərə Premyer Liqasında yarış cədvəlinə 15 xalla “Liverpul” başçılıq edir. 1 xal geri qalan “Arsenal” və “Mançester Siti” 2-3-cü yerləri bölüşürlər.