"Qarabağ" "Sabah"ı məğlub etdi

30 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 8-ci turunda “Turan Tovuz” səfərdə “Şamaxı”nın qonağı olub. Mövsümə əla başlayan Kurban Berdiyevin komandası artıq 3 turdur ki, qələbə qazana bilmir. Hərçənd ki, qonaqlar oyuna yaxşı başlayıblar və 5-ci dəqiqədə  Sadiq Şəfiyev hesabı açıb. 1-i hissə Tovuz klubunun minimal hesablı üstünlüyü ilə bitib. Fasilədən dərhal sonra qonaqlar tarazlığı bərpa ediblər. Belajdi Pusi qapını dəqiq nişan alıb. Görüşün sonunda Arsen Ağcabəyov “Şamaxı”nı hesabda önə keçirib. Amma meydan sahibləri üstünlüklərini son saniyələrdə əldən veriblər. Penaltini dəqiq yerinə yetirən Kristian Da Silva yekun nəticəni müəyyənləşdirib - 2:2.
8-ci tura “Qarabağ” – “Sabah” oyunu ilə yekun vurulub. Ağdam klubu 17 dəqiqə ərzində görüşün taleyini həll edib. Əvvəlcə Toral Bayramov hesabı açıb. Ardınca Nəriman Axundzadə topu qapıdan keçirib. 17-ci dəqiqədə Qarabağ futbolçuları rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Kevin Medina fərqlənib. Qalan vaxtda “Sabah” futbolçuları buraxılan toplardan yalnız 2-nin əvəzini çıxa biliblər. Coy Lens Mikkels və Pavol Şafranko qol vurub. Beləliklə “Qarabağ” 3:2 hesablı qələbə qazanıb. Ardıcıl 4-cü turu da qalib başa vuran Ağdam klubu “Araz Naxçıvan”ı 2 xal qabaqlayaraq 18 xalla liderliyə yüksəlib. 15 xala malik “Zirə” və “Turan Tovuz” 3-cü,4-cü yerləri bölüşür. 14 xala malik “Sabah” isə 5-ci pillədədir.

CANLI YAYIM