Türkiyə klublarından fərqli nəticələr

27 Sentyabr, 13:08 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının ilk turunda “Fənərbağça” Belçikanın “Yunion” klubunu qəbul edib.
Görüşə fəal başlayan meydan sahiblərinin qol vurmaq cəhdləri 26-cı dəqiqədə nəticəsini verib. Çağlar Söyüncü “Fənərbağça”nı hesabda irəli çıxarıb. İkinci hissədə də İstanbul təmsilçisinin üstünlüyü ilə keçib. Matçın 74-cü dəqiqəsində “Yunion”un heyətində  Kevin Mak Allister qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Bir qədər sonra hesab arasınakı fərq artıb.   Kristian Byorcers avtoqol müəllifi olub. Matçın 90-cı dəqiqəsində bu dəfə “Fənər”in müdafiəçisi Brayt Osayi-Samuel kodub oyuna görə meydan çıxarılıb. Təyin olunan penaltini isə Frano İvanoviç yerinə yetirə bilmir. Buna baxmayaraq “Yunion”  təsəlli qolunu vurmağa müvəffəq olub. Ross Skays yekun nəticəni müəyyənləşdirib. Türkiyənin turnirdəki digər təmsilçisi “Beşiktaş” isə səfərdə
“Ayaks”a məğlub olub. Hesabı 31-ci dəqiqədə Kian Fitz-Jim açıb. Fasilədən sonra meydan sahibləri daha 3 dəfə “Beşiktaş”ın qapısına yol tapıb. Əvvəlcə 51-ci dəqiqədə Mika Qodts fərlqənib. 4 dəqiqə sonra Kennet Teylor hesabı 3-cü topu qonaqların qapısından keçirib.   Matçda son nöqtəni Mika Qodts qoyub: “Ayaks”- “Beşiktaş” 4-0. 
 

CANLI YAYIM