"Arsenal" və "Liverpul" böyükhesablı qələbə qazandı

26 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
İngiltərə Liqa kubokunun 3-cü mərhələsində “Arsenal” “Bolton”u qəbul edib. 16-cı dəqiqədə Deklan Rays hesabı açıb. 2-ci qolu London klubunun gənc yarımmüdafiəçisi İtan İvaneri vurub. 2-ci yarınını əvvəlində İvaneri dubl edib. Az sonra Aron Kolins fərqi azaltsa da bu sadəcə təsəlli olub. 64-cü dəqiqədə Rahim Sterlinq, 13 dəqiqə sonra isə Kay Havertz fərqlənməklə “Arsenal”a 5:1 hesablı qələbə qazandırıblar. Topçular 1/8 finalda Preston klubu ilə qarşılaşacaqlar.
Digər london klubu “Vest Hem” isə “Liverpul”  səgfərində böyük hesabla uduzub. Hərçənd ki hesabı 21-ci dəqiqədə qonaqlar açıb. “Liverpul”un müdafiəçisi Jarel Kuansa avtoqolla diqqət çəkib. Bu qoldan sonra qırmızılar rəqib qapısından 5 top keçiriblər. İlk hissədə Dieqo Jota fərqlənib. 2-ci yarının əvvəlində portuqaliyalı hücumçu özündn və komandasının 2-ci qolunu vurub. 74-cü dəqiqədə Məhəmməd Salah diqqət mərkəinə düşüb. Oyununsonlarında isə Kodi Qakpo 2 qol vurmaqla komandasının 5:1 hesablə qələbəsində böyük pay sahibi olub.

CANLI YAYIM