Avropa Liqasında ilk turun oyunları start götürüb

26 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının ilk turunda “Qalatasaray” PAOK-u qəbul edib.
İlk yarıda qol olmayıb. 48-ci dəqiqədə PAOK un müdafiəçisi Abdul Rahman Baba avtoqolla yadda qalıb. Bir qədər sonra qonaqlar hesabı bərabərləşdiriblər. Yannis Konstanteyas diqqət mərkəzinə düşüb. Hücumlarının kəsərini artıran İstanbul klubu daha bir qol vurub. Viktor Osimhenin ötürməsindən sonra Yunus Akgün fərqlənib. Oyunda son nöqtəni əlavə olunan 5-ci dəqiqədə Mauro İkardi qoyub: “Qalatasaray” – PAOK 3-1
Diqqət çəkən oyunlardan biri İngiltərədə keçirilib. “Mançester Yunayted” “Tvente” ilə qarşılaşıb. 35-ci dəqiqədə Kristian Eriksen komandasını hesabda irəli çıxarıb. Lakin 2-ci yarıda hücumlarının kəsərini artıran Tvente futbolçuları tarazlığı bərpa ediblər. Sem Lammers diqqət mərkəzinə düşüb. Qarşılaşma 1-1 hesabilə yekunlaşıb.
“Latsio” səfərdə “Dinamo Kiyev”i məğlub edib. Artıq ilk dəqiqəlrədə  A seriyası təmsilçisini önə keçib. Bulaye Dia fərqlənib. 34-cü dəqiqədə Fisayo Başiru 1 dəqiqə sonra isə Bulaye Dia yekun nəticəni müəyyənləşdirib: “Dinamo Kiyev” –“Latsio” 0-3

CANLI YAYIM