"Benfika" türkiyəli futbolçuları sayəsində Portudan qələbə ilə qayıdır

24 Sentyabr, 11:10 Sosial mediada paylaşın:
Portuqaliya çempionatında 6-cı tura yekun vurulub.
“Benfika” Portu şəhərində “Boavişta” ilə üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyə yiyələnən qonaqlar artıq 11-ci dəqiqədə hesabı açıblar.  Türkiyə millisinin üzvü KƏrəm Aktürkoğlu bir neçə rəqibini keçərək topu Vanqelis Pavlidisə ötürüb. Yunanıstan yığmasının hücumçusu fürsəti qaçırmayıb. 31-ci dəqiqədə Kərəm yenə məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Türkiyəli digər futbolçu Orkun Kökcü isə topu qapıdan keçirib. İkinci hissə də Lissabon klubunun üstünlüyü şəraitində keçib.  2-ci hissəyə artırılan 1-ci dəqiqədə braziliyalı hücumçu Artur Kabral rəqib müdafiəçinin səhvindən məharətlə yayınaraq son nöqtəni qoyub: Boavişta – Benfika 0:3. 6 turdan sonra “Sportinq” 18 xalla çempionata başçılıq edir. İkinci yerdə qərarlaşan “Portu”nun 15, 3-cü yeri tutan “Benfika”nın isə 13 xalı var. 

CANLI YAYIM