Türkiyə Super Liqasında 6-cı tur davam edir.
İzmir təmsilçisi “Göztəpə” öz meydanında “Kayserispor” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. “Gürsel Akses” stadionunda keçirilən matçda hesab 13-cü dəqiqədə açılıb. Taha Altıkardeş yerli azarkeşləri coşdurub. İlk hissəyə artırılan dəqiqələrdə isə Xuan Santos fərqi iki topa çatdırıb. Fasilədən sonra da hücumlarına ara verməyən İzmir klubu görüşün sonlarında daha bir qol vuraraq mübarizəyə nöqtə qoyub. Sonuncu qolun müəllifi Doğan Ərdoğan olub. “Göztəpə” – “Kayserispor” 3:0.
“Trabzonspor” isə 6-cı turda Qaziantep səfərindən 1 xalla qayıdıb. “Kalyon” Stadionunda yerli “Qaziantep” klubu ilə üz-üzə gələn “qara dəniz fırtınası” rəqibi ilə görüşdə qolsuz heç-heçəyə razılaşıb.
Beləliklə, 6 tur sonra Türkiyə Super Liqasında 18 xalı olan “Qalatasaray” başçılıq edir. Rəqibindən 5 xal az toplayan “Fənərbağça” ikincidir. İlk üçlüyü eyni xala malik “Beşiktaş” tamamlayır.