İngiltərə premyer Liqasında 5-ci tura “Mançester Siti” – “Arsenal” oyunu ilə yekun vurulub.
İlk 4 turda qalib gələn hazırki çempion əsas rəqibi ilə görüşə də yaxşı başlayıb. 9-cu dəqiqədə Erlinq Haland hesabı açıb. 22-ci dəqiqədə tarazlıq bərpa olunub. Rikkardo Kalafiori baxımlı qol vuraraq yerli azarkeşləri məyus edib. Fasilə ərəfəsində “Arsenal” hesabda önə də keçib. Bu dəfə London klubunun digər müdafiəçisi Qabriel topu qapıdan keçirib. Amma 1-ci hissəyə artırılan 8-ci dəqiqədə qonaqlar meydanda azlıqda qaliblar. Leandro Trossar qırmızı vərəqə ilə cəzalandırılıb. 2-ci hissə “Mançester Siti” futbolçularının hücümları şəraitində keçib. Say üstünlüyü əldə edən meydan sahibləri saysız hesabsız hücümlar təşkil ediblər. Onlar yalnız 2-ci hissəyə artırılan vaxtın son saniyələrində istəklərinə çatıblar. Con Stons dramatik keçən mübarizəyə nöqtə qoyub - 2-2. Mövsümdə ilk dəfə xal itirən “Mançester Siti” 13 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Şəhərlilər”i 12 xalla “Liverpul” və “Aston Villa” izləyir. “Arsenal” 11 xalla 4-cü pillədədir.