"Barselona" və "Atletiko" böyükhesablı qələbə qazandı

16 Sentyabr, 12:10 Sosial mediada paylaşın:
İspaniya La Liqasının 5-ci turunda lider “Barselona” növbəti dəfə azarkeşlərini sevindirib.
Kataloniyalılar ötən mövsüm hər iki oyunda məğlub olduğu “Jirona”nı bu dəfə darmadağın edib.  İlk hissə Lamin Yamalın benifisi ilə yadda qalıb. 17 yaşlı forvard 30 və 37-ci dəqiqələrdə qol vuraraq “Jirona”nı çətin vəziyyətə salıb. Fasilədən sonra da “Barselona” meydanda dominantlıq edən tərəf olub. Bu hissədə də Hans Diter Flikin komandası iki qol vurub. Əvvəlcə son iki turda fərqlənən Dani Olmo 47-ci dəqiqədə rəqib qapısına yol tapıb. 64-cü dəqiqədə isə Pedri qonaqları meydanın mərkəzinə dəvət edib. 80 dəqiqədə “Jirona”nın hücumçusu Kristian Stuani komandasının təsəlli qoluna imza atıb.   Matçın sonuna 4 dəqiqə qalmış “Barselona”nın futbolçusu Ferran Torres qırmızı vərəqə ilə cəzalanıb. Beləliklə də, “Jirona”nı 4:1 hesabı ilə məğlub edən “Barselona” ardıcıl 5-ci qələbəsini qazanıb.
Elə “Atletiko Madrid” də böyükhesablı qələbə qazanıb.  Son 3 turda qapısında top görməyən paytaxt təmsilçisi bu dəfə “Valensiya”ya fərqlənməyə imkan verməyib.  Oyunda hesabı 39-cu dəqiqədə Konor Qallaxer açıb. 54-cü dəqiqədə Antuan Qrizmann fərqi artırıb. Hakimin oyuna əlavə etdiyi 4-cü dəqiqədə isə Xulian Alvares yeni komandasının heyətində ilk qolunu vurub: Atletiko – Valensiya 3:0. Beləlilə də, 5 turdan sonra 100 faizlik nəticə göstərən “Barselona” 15 xalla liderliyini qoruyub.  “Real Madrid”, “Atletiko” və “Vilyarreal” hərəyə 11 xalla  2, 3 və 4-cü pillələri bölüşür.

CANLI YAYIM