Braziliya klubu Niderland millisinin üzvünün transferini açıqlayıb

10 Sentyabr, 12:45 Sosial mediada paylaşın:
Braziliyanın "Korintians" klubu Niderland millisinin futbolçusu Memfis Depayın transferini açıqlayıb.
30 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə 2026-cı ilədək müqavilə bağlayıb.
Qeyd edək ki, Memfis Depay son olaraq İspaniyada "Atletiko"nun formasını geyinib. O, 2023/2024 mövsümündə Madrid klubunda 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Forvard Niderland millisində keçirdiyi 98 oyunda 46 qol vurub.

CANLI YAYIM