"Zirə" Konfrans Liqasında mübarizəyə başlayır

25 İyul, 13:27 Sosial mediada paylaşın:
Mübarizəni UEFA Konfrans Liqasında davam etdirən “Zirə”  turnirin II təsnifat mərhələsində ilk oyununa çıxır. Komandamız Bakıda Slovakiyanın “DAK 1904” klubunu rəqbul edəcək. Qarşılaşma öncəsi təşkil olunan mətbuat konfrasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov yaxşı komandaya qarşı mübarizə aparacaqlarını deyib. 42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib: "Növbəti oyunumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Fərqli sistemi, fərqli oyun üslubu olan rəqibdi. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz də var gücümüzlə hazırlaşmışıq. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma öncə sabahkı matçı düşünürük. Allah qoysa, sabah düşündüyümüz oyun planı işləyər".
Qeyd edək ki,  Dalğa Arena”da keçiriləcək  "Zirə" - "DAK 1904" görüşü saat 20:30-da  başlanacaq.

CANLI YAYIM