İspaniya yığması pley-offda, Danimarka millisindən heç-heçə...

16 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının A divizionda yarışan İspaniya yığması Serbiya seçməsini qəbul edib.
Oyuna sürətli hücumlarla başlayan meydan sahibləri artıq 5-ci dəqiqədə istəklərinə nail olublar. Eremik Lyaport hesabı açıb. Fasilədən sonra ispanlar fərqi artıqmaq üçün fərqi  yaxşı imkan əldə etsələr də, Alvaro Morata penaltini qola çevirə bilməyib.  Lakin Morata matçın 65-ci dəqiqəsində rəqib qapısına yol tapmaqla səhvini düzəldib.  76-cı dəqiqədə serblər meydanda azlıqda qalıblar. Straxinya Pavloviç qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Görüşün sonlarında Aleks Baena ilə daha bir qol vuran İspaniya millisi 3:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə xallarının sayınıə 10-a çatdıran İspaniya yığması pley-ofa adlayıb.   Qrup ikinciliyi uğrunda mübarizə aparan Danimarka komandası mövqeyini qoruyub. Skandivaniya təmsilçisi səfərdə İsveçrə millisi ilə məhsuldar heç-heçə edib. 26-cı dəqiqədə Remo Froyler meydan sahiblərini irəli çıxarıb. Bir dəqiqə sonra Qustav İsaksen bərabərliyi təmin edib. Bununla belə İsveçrə futbolçuları Zeki Amdunin vurduğu qolla fasiləyə üstün yollanıb. Daminarka seçməsi ikinci hissədə bərabərliyi təmin edib. Kristian Eriksen yekun nəticəni müəyyənləşdirib. 2:2.  7 xalı olan Danimarka qrup ikincisidir.   3-cü yerdə olan Serbiyanın  4 , sonuncu pillədə olan İsveçrənin isə 1 xalı var. 

CANLI YAYIM