"Sumqayıt" avrokuboklarda mübarizəyə start verir

25 İyul, 12:22 Sosial mediada paylaşın:
Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə start verir.
Komandamızın 2-ci təsnifat mərhələsində rəqibi Macarıstanın “Fehervar” kollektividir. Qeyd edək ki, tarixində 3-cü dəfə avrokuboklarda mübarizə aparan “Sumqayıt” indiyədək mərhələ adlaya bilməyib. “Kimyaçılar” 2020/21 mövsümündə Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya”, 2021/22 mövsümündə isə konfrans liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” kollektiviylə bacarmamışdı. Avrokuboklarda ilk qolu vurmaq və ən əsası ilk qələbəni qazanmaq əzmində olan “Sumqayıt” üçün bu matç daha bir səciyyəvi xüsusiyyəti ilə fərqləndirilə bilər. Mehdi Hüseyn adına şəhər stadionu ötən ilki yenidənqurma işlərindən sonra ilk dəfə beynəlxalq səviyyəli futbol oyununa ev sahibliyi edəcək. “Sumqayıt” – “Fehervar” oyununu albaniyalı referi Florian Lata idarə edəcək. Matç saat 20-dən etibarən “İdman TV”də canlı yayımlanacaq. 
 

CANLI YAYIM