"Fənərbağça" İsveçrədən qələbə ilə qayıtdı

24 İyul, 12:10 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan qardaş ölkə Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə İsveçrə klubu “Luqano” ilə üz-üzə gəlib.
Hesab 4-cü dəqiqədə açılıb. Ayman El-Vafi meydan sahiblərini irəli çıxarıb. Fasilə ərəfəsində Edin Dzeko rəqib qapısına yol taparaq bərabərliyi təmin edib. Bosnialı futbolçu ikinci hissənin əvvəlində Duşan Tadiçin ötürməsini qolla tamamlayaraq komandasını irəli çıxarıb. Çox keçmədən Uran Bislimi tarazlığı bərpa edib. 3 dəqiqə sonra Dzeko het-trik müəllifi olub. 74-cü dəqiqədə Fərdi Kadıoğlu 4-cü topu “Luqano”nun qapısından keçirib. Qalan vaxtda İsveçrə klubu daha 1 qol vuraraq yekun hesabı müəyyənləşdirib. Milton Valensuela fərqlənsə də komandası məğlubiyyətdən yaxa qurtara bilməyib. “Luqano” – “Fənərbağça” 3:4.

CANLI YAYIM