"Mançester Yunayted" niderlandlı futbolçunu transfer edir

8 İyul, 12:30 Sosial mediada paylaşın:
“Mançester Yunayted” heyətini daha bir futbolçu ilə gücləndirir.
“Qırmızı şeytanlar” Boloniyanın hücumçusu Coşua Zirkzenin transferini bitirmək üzrədir. Deyilənə görə baş məşqçi ErikTen Haq futbolçu ilə şəxsən əlaqə qurub və onu komandasında gprmək istədiyini bildirib. 23 yaşlı hücumçunun transfer dəyəri 40 milyon avro məbləğində qiymətləndirilir. O, ötən mövsüm Boloniyada bütün turnirlərdə 12 qolla yadda qalıb.

CANLI YAYIM