Niderland millisindən inamlı qələbə

3 İyul, 12:00 Sosial mediada paylaşın:
Avropa çempionatının 1/8 final mərhələsində Niderland millisi Rumıniya futbolçuları ilə üz-üzə gəlib.
Münhen şəhərinin “Allianz” Stadionunda keçirilən qarşılaşmada hesabı “narıncılar” açıblar. Çempionatın ən yaxşı futbolçularından biri – Kodi Qakpo Xavi Simonsun ötürməsini qolla tamamlayıb. Fasiləyədək hesab dəyişməyib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Ronald Kumanın yetirmələri daha bir qol vuraraq fərqi artırıblar. İkinci hissədə meydana daxil olan Donyol Molen rəqibi növbəti dəfə mərkəzə dəvət edib. Sonuncu qolun müəllifi də Molen özü olub. O, əsas vaxta artırılan 3-cü dəqiqədə fərqlənib. Beləlikl, Rumıniya seçməsinə 3:0 hesabı ilə qalib gələn Niderland millisi turnirin 1/4 finalına vəsiqə qazanıb. “Narıncılar”ın növbəti mərhələdəki rəqibi Avstriya futbolçularını mübarizədən kənarlaşdıran Türkiyə yığması olacaq.

CANLI YAYIM