Bu gün Türkiyə millisi 1/4 final görüşünə çıxacaq

2 İyul, 15:00 Sosial mediada paylaşın:
 
Futbol üzrə Avropa çempionatında futbol həvəskarlarının böyük maraqla gözlədiyi daha bir oyun Laypsiqdə keçiriləcək.
Qardaş Türkiyə futbolçuları 1/8 finalda Avstriya seçməsiylə üz-üzə gələcək. Xatırladaq ki, avstriyalılar D qrupunu lider kimi, Türkiyə millisi isə F qrupunda 2-ci olaraq pley-ofa yüksəlib. Komandaların sonuncu matçında qeydə alınan nəticə diqqəti cəlb etməyə bilməz. Xatırladaq ki, bu ilin martında yoxlama oyununda Avstriya komandası 6:1 hesabilə qələbə qazanmışdı. Türkiyəli futbol mütəxəssisləri Avro 2024-də keçiriləcək görüş ağır məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı fürsətdir. Vinçentso Montella matçdan əvvəl azarkeşlərin dəstəyinin əhəmiyyətindən danışıb: Stadionda həmişə olduğu kimi əla atmosferin olacağını hesab edirəm. Bu, bizi qələbəyə ruhlandıran əsas amillərdəndir. 1:6 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Amma hər hansı qisas duyğusuna qapılmamalıyıq. Diqqətimizi yayındıracaq fikirlərdən uzaq olmalıyıq. Bütün sualların cavabını meydanda verməyə çalışacağıq. İnanıram ki, azarkeşlərimizin də güclü dəstəyilə layiqli mübarizə apararaq uğur qazanacağıq”.
Ralf Ranqnik isə komandasının uğurlu çıxışını qiymətləndirib: “Yarışdan əvvəl kimsə ən çətin qrupların birindən lider kimi 1/8 finala çıxacağımızı desəydi, ona gülərdim. Amma biz çətin olanı bacardıq. Türkiyə millisini mübarizədən kənarlaşdırmaq istəyiriksə, ən üstün keyfiyyətlərimizi göstərməli, hər cür ssenariyə hazır olmalıyıq. Rəqibimizin emosionallığı bizə yaxşı məlumdur. Meydanda lazımi istəyi, enerjini göstərərək qələbə üçün əlimizdən gələni edəcəyik”.
Bu gün saat 23:00-də başlanan Avstriya – Türkiyə oyununu portuqaliyalı Artur Soareş Diaş idarə edəcək.

CANLI YAYIM