Portuqaliya millisi böyük çətinliklə 1/4 finala yüksəldi

2 İyul, 13:42 Sosial mediada paylaşın:
Avro 2024-də 1/8 finalın daha bir oyunu Frankfurtda Portuqaliya və Sloveniya milliləri arasında keçirilib.
Gərgin mübarizənin qeydə alındığı ilk hissədə hesab açılmayıb. Fasilədən sonra da komandaların bütün cəhdlərinə baxmayaraq qol vurulmayıb. Beləlikə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. 105-ci dəqiqədə portuqallar penalti yerinə yetirmək hüququ qazanıblar. Kriştianu Ronaldu fürsətdən faydalana bilməyib. 115-ci dəqiqədə Sloveniya millisinin heyətində Şeşko qapıçıyla təkbətək qalsa da, Dioqu Koşta komandasını xilas edib. Əlavə vaxtda da qol olmadığından penalti seriyasına ehtiyac duyulub. Portuqaliya futbolçuları 11 metrlik zərbələri dəqiq yerinə yetiriblər. Dioqu Koşta isə Sloveniya futbolçularının bütün cəhdlərinin qarşısını alaraq Portuqaliya millisinin 1/4 finala çıxmasında müstəsna rol oynayıb.

CANLI YAYIM