Fransa millisi avtoqol sayəsində 1/4 finala yüksəldi

2 İyul, 12:35 Sosial mediada paylaşın:
Almaniyada təşkil olunan Avro 2024-də 1/8 final oyunları davam edir.
Düsseldorf şəhərində Fransa və Belçika komandalarının görüşü diqqət mərkəzində olub. Qarşılıqlı hücumlarla başlayan qarşılaşmanın ilk hissəsində komandaların cəhdləri nəticə verməyib. Fasilədən sonra Fransa futbolçularından Orelyen Çuameninin zərbəsi təhlükəli alınıb. 70-ci dəqiqədə Romelu Lukaku da topu qapıya ünvanlasa da, qolkiper Mayk Menyan qola imkan verməyib. Vaxtın yekunlaşmasına 7 dəqiqə qalmış Kevin De Bröyne də təhlükəli zərbəylə yadda qalıb. Az sonra fransızlar hesabda önə çıxıblar. Randal Kolo Muaninin zərbəsindən sonra Yan Vertongenə dəyən top qapıya daxil olub. Bununla Fransa millisi minimal hesabla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

CANLI YAYIM