İspaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəldi

1 İyul, 13:38 Sosial mediada paylaşın:
Avro 2024-ün maraqla gözlənilən oyunlarından biri Köln şəhərində keçirilib.
İspaniya millisi debütant Gürcüstan seçməsi ilə üz-üzə gəlib. Oyuna gözlənildiyi kimi ispanlar ardıcıl hücumlarla başlayıb. Lakin Gürcüstan millisi ilk hücumundaca fərqlənməyi bacarıb. İspanların müdafiəçisi Robin Le Norman topu öz qapısından keçirib. Bu qoldan sonra İspaniya seçməsi rəqibinə heç bir şans verməyib. Əvvəlcə ilk yarıda Rodri tarazlığı bərpa edib. 51-ci dəqiqədə Fabian Ruiz komandasını önə çıxarıb. Çox keçmədən fərdi küyfiyyətləri ilə fərqlənən Niko Uilyams 3-cü topu gürcülərin qapısından keçirib. Matçda son nöqtəni isə sonradan meydana daxıl olan Dani Olmo qoyub:  İspaniya-Gürcüstan 4:1 İspanların 1/4 finalda rəqibi Almaniya millisi olacaq. 
 

CANLI YAYIM