İngiltərə millisi geridönüş edərək qələbə qazandı

1 İyul, 12:30 Sosial mediada paylaşın:
Avro 2024-də 1/8 final mərhələsinin oyunları davam edir.
Helzenkirxen şəhərində İngiltərə millisi Slovakiya seçməsi ilə qarşılaşıb. Oyuna daha fəal başlayan slovaklar 25-ci dəqiqədə hesabı açıblar. İvan Şranz diqqət mərkəzinə düşüb. İlk hissə Sloveniya yığmasının minimal hesablı üstünlüyü ilə yekunlaşıb. 2-ci yarıda hücumlarını gücləndirən britaniyalılar 50-ci dəqiqədə Fil Foden fərqlənsə də VAR sistemi oyundan kənar vəziyyət qeydə alıb. Nominal meydan sahibləri yalnız 2-ci hissəyə əlavə olunan 5-ci dəqiqədə istəklərinə çatıblar. Cud Belinqem akrobatik, dəqiq zərbə komandasını ümidləndirib. 90 dəqiqənin qalib müəyyənləşməyib: 1-1. Əlavə vaxtda İngiltərə millisi qələbə qolunu vurmağı bacarıb. Kapitan Harri Keyn topu başla rəqib qapısından keçirib. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə 2:1 hesabilə qalib gələn İngiltərə millisi 1/4 finalda İsveçrə seçməsinə rəqib olub. Bu qarşılaşma iyulun 6-da keçiriləcək.

CANLI YAYIM