Ukrayna millisi turnirlə vidalaşıb

27 İyun, 15:06 Sosial mediada paylaşın:
Avro 2024-ün İ qrupunda mübarizəyə yekun vurulub. Frankfurtda Slovakiya və Rumıniya milliləri üz-üzə gəlib. Oyunda daha fəal başlayan nominal meydan sahibləri 24-cü dəqiqədə hesabı açıblar. Ondrey Duda diqqət mərkəzinə düşüb. Bu qoldan sonra hücumlarını gücləndirən rumınlar tarazlığı bərpa ediblər. Rezvan Marin təyin olunan penaltini dəqiq yerinə yetirib. 2-ci yarıda başqa qol olmayıb. Bu nəticə ilə Rumıniya millisi İ qrupunu top fərqilə 1-ci pillədə başa vuraraq pley-off  mərhələsinə yüksəlib. Rumınların 1/8 finalda rəqibi Niderland millisi olacaq. Ən yaxşı qrup 3-cülərindən biri kimi 1/8 finala yüksələn Slovakiya seçməsi İngiltərə millisi ilə üz-üzə gələcək.  
İ qrupunun digər matçı Ştutqartda keçirilib. Ukrayna millisi Belçika yığması ilə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən matçda qapılara qol vurulmayıb. Beləliklə Belçika millisi top fərqinə görə Slovakiya və Ukrayna seçmələrini qabaqlayaraq 2-ci pillədən pley-offa yüksəlib və Fransa seçməsinə rəqib olub. Ukrayna yığması isə Avropa çempionatında mübarizəni dayandırıb.
 

CANLI YAYIM