"Sumqayıt" Çad millisinin hücumçusu ilə yollarını ayırıb

24 İyun, 13:00 Sosial mediada paylaşın:
“Sumqayıt”da növbəti ayrılıq reallaşıb. Komandanın aparıcı futbolçularından biri olan Kazimir Ninqa klubu tərk edib. Futbolçu ilə başa çatan müqavilə yenilənməyib. Çad millisinin üzvü olan 31 yaşlı futbolçu son mövsümdə meydana çıxdığı 23 qarşılaşmada 7 qol vurub. Qeyd edək ki, Ninqadan başqa Abu Dosso, Oktavuo Monteka və Erik Sorqa da “Sumqayıt”I tərk edib.  

CANLI YAYIM