Renat Dadaşov "Kocaelispor"a keçə bilər

24 İyun, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov yeni mövsümə də Türkiyədə başlaya bilər.
Superliqaya vəsiqə qazanmaq niyyətində olan "Kocaelispor" İsveçrənin "Qrasshopper" klubuna məxsus olan hücumçu ilə yaxından maraqlanır.  Hazırda tərəflər arasında danışıqlar davam edir. Xatırladaq ki, İzmit klubunda hazırda millimizin digər üzvü Ramil Şeydayev forma geyinir. Renat Dadaşov ötən mövsümü "Hatayspor"da icarə əsasında oynayıb və 33 matçda 6 qol vurub.

CANLI YAYIM