İspaniya millisi İtaliya yığmasına qalib gəldi

21 İyun, 11:40 Sosial mediada paylaşın:
Avro 2024-də B qrupunun son oyununda prinsipial rəqiblər İtaliya və İspaniya komandaları üz-üzə gəlib.
Gözlənildiyi kimi ispanlar oyuna daha yaxsi başlayıblar. Amma İtaliya millisinin qapıçısı Canluici Donnaruma inamlı oyunu ilə 1-ci hissədə qapısını toxunulmaz saxlaya bilib. Qolkiper 2-ci hissədə də yaxşı çıxış etsə də Rikkardi Kalafiorinin avtoqoluna mane ola bilməyib. Beləliklə,  Donnarummanın 7 seyv etdiyi qarşılaşmada İspaniya millisi mininal hesablı qələbə qazanıb. 6 xalla qrup lideri olan ispanlar pley-offa vəsiqəni təmin ediblər. İtaliya seçməsi 3 xalla 2-ci yerdədir. Xorvatiya ve Albaniya yığmalarını aktivində 1 xal var. Son turda Albaniya - İspaniya ve Xorvatiya - İtaliya görüşləri keçiriləcək. 

CANLI YAYIM