İngiltərə millisi Danimarka yığmasını məğlub edə bilmədi

21 İyun, 11:15 Sosial mediada paylaşın:
Avro 2024-də C qrupunun 2-ci turunda Danimarka – İngiltərə oyununda da qalib müəyyənləşməyib.
Hesabı 18-ci dəqiqədə  İngiltərə millisinin kapitanı Harri Keyn açıb. Amma fasləyə kimi tarazlıq bərpa olunub. Morten Yulman qapını dəqiq nişan alıb - 1:1. 2-ci hissədə tərəflərin səylərinə baxmayaraq qapılar toxunulmaz qalıb və görüş bu hesabla bitib. Qeyd edək ki 2 turdan sonra İngiltərə millisi 4 xalla qrupa başçılıq edir. Danimarka və Sloveniya seçmələrinin 2, Serbiya yığmasının  1 xalı var. Son turda İngiltərə - Sloveniya və Danimarka – Serbiya oyunları olacaq.

CANLI YAYIM