Sloveniya - Serbiya oyununda qalib müəyyənləşmədi

21 İyun, 11:00 Sosial mediada paylaşın:
Avro 2024-də C qrupunun 2-ci turunda Sloveniya millisi Serbiya seçməsi ilə üz-üzə gəlib. İlk oyunda ingilislərə uduzan serblər görüşün favoriti idilər. amma danimarkalılarla görüşdə 1 xal əldə edən sloveniyalılar bu dəfə də xalsız qalmayıblar. Münxen şəhərində keçirilən qarşılaşmada hesabı sloveniya futbolçuları açıblar. 69-cu deqiqədə Jan Karniçnik topu qapıdan keçirib. Amma onlar üstünlüklərini son saniyələrdə əldən veriblər. Luka Yoviç 2-ci hissəyə artırılan 5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib - 1:1.
 

CANLI YAYIM